AZ

Büdcəli Samsung Galaxy A16 5G-nin render fotosu təqdim edilib

     Android Authority saytı Samsung-un hələ təqdim edilməmiş Galaxy A16 5G adlı yeni büdcəli smartfonunun render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoda sözügedən smartfon hər tərəfdən əks olunub. Fotodan belə qənaətə gəlmək olar ki, Galaxy A16 5G smartfonu özündə flaqman smartfonların bəzi dizayn elementlərini birləşdirəcək. Fotoya əsasən bu yeni büdcəli smartfon yastı gövdə və ekran dizaynını əldə edəcək və onun arxa panelində 3 ədəd kamera yerləşəcək. Ekran üzərində isə damcı formalı çıxıntı olacaq. Məlumata əsasən Galaxy A16 5G plastik materialdan hazırlanmış gövdəyə sahib olacaq və Exynos 1330 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı da gözlənilir. Galaxy A16 5G-nin nə zaman təqdim olunacağı bilinmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
technote.az

1Mənbələr