AZ

Xiaomi 14T ilə Xiaomi 14T Pro arasındakı dizayn fərqi sərgilənib

     Təqdimata hazırlaşan Xiaomi 14T və Xiaomi 14T Pro smartfonlarının real fotoları internetdə ortaya çıxıb. Ortaya çıxmış fotolar bu smartfonlar barəsində olan videodan götürülüb. Fotolarda adi Xiaomi 14T ilə Xiaomi 14T Pro arasında dizayn fərqini görmək olar. Məsələ burasındadır ki, qara rəngli gövdəyə sahib adi Xiaomi 14T modeli yastı gövdə dizaynını əldə edəcək. Xiaomi 14T Pro modelinə gəldikdə isə o, kənarları bir qədər əyilmiş gövdə dizaynına sahib olacaq.     Bununla belə hər iki modelin arxasında kvadrat formalı kamera sahəsi yerləşəcək. Son məlumat sızıntılarına əsasən hər iki smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym ölçülü AMOLED ekranı əldə edəcək. Adi Xiaomi 14T modelinin MediaTek Dimensity 8300 Ultra prosessoru, Xiaomi 14T Pro modelinin isə Dimensity 9300+ prosessoru vasitəsilə çalışacağı gözlənilir. Sözügedən smartfonlar artıq bu ayın sonunda təqdim oluna bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
technote.az

1Mənbələr