AZ

Qubada “Prius" “07”yə çırpılıb – FOTO

Quba-Xaçmaz yolunun Qubanın Zərdabi qəsəbəsindən keçən hissəsində yol qəzası qeydə alınıb.

Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, Xaçmaz rayon sakini Ziya Ağasiyevin idarə etdiyi "Toyota Prius" markalı maşın Xaçmaz istiqamətinə gedərkən yolun sağında dayanmış “Vaz-2107” markalı avtomobilə çırpılıb. Nəticədə “Vaz-2107” markalı maşın yararsız hala düşüb. Hadisə zamanı həmin avtomobilin sürücüsü Elçin Tağıyev maşında olmayıb. Faktı Quba rayon polis şöbəsi araşdırır.

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
avtosfer.az

1Mənbələr