AZ

Elşad Məmmədov: "Neft hasilatının məhdudlaşdırılması davam edərsə, qiymətlər sabit qalacaq"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri, professor Elşad Məmmədov QHT.az-a verdiyi açıqlamada Azərbaycanda neft hasilatının azalmasının reallıq olduğunu vurğulayıb. O, neft hasilatındakı azalmaların ölkənin valyuta daxilolmalarına, ixrac göstəricilərinə və makroiqtisadi göstəricilərə təsir etdiyini bildirib.

Professor dünyada OPEC+ məhdudiyyətlərinin neft hasilatını tənzimləməkdə davam etdiyini və bunun neft qiymətlərini sabit saxladığını qeyd edib. O əlavə edib ki, əgər bu məhdudiyyətlər aradan qaldırılsa, neft hasilatı kəskin şəkildə arta bilər, lakin böyük ehtimalla bu razılaşmalar uzadılacaq və neft hasilatının ciddi artımı gözlənilmir.

Bununla yanaşı, ABŞ-da şist texnologiyalarının inkişafı neft hasilatını artırıb və enerji bazarına təzyiqlər göstərməkdədir. E.Məmmədov hesab edir ki, neft hasilatının məhdudlaşdırılması ilə bağlı dövlətlərarası razılaşmaların davam etməsi bazarda sabitliyi qorumağa kömək edəcək.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
95
qht.az

1Mənbələr