AZ

Biletsiz təyyarəyə mindi

Çində təyyarəyə biletsiz minən qadına görə təyyarə dörd saat gecikib.

 

Oxu24.com xəbər verir  ki,  bu barədə  Mothership yazır.

İnsident Malayziyanın Kuala-Lumpur şəhərindən Çinin Xiamen şəhərinə uçan təyyarədə baş verib. Qadın bütün hava limanının təhlükəsizliyindən yan keçərək biletinin olmamasına baxmayaraq, təyyarəyə minib.

Şahidlərdən biri bildirib ki, sərnişin sadəcə olaraq mərkəzi koridorda irəli-geri gəzərək digər sərnişinləri narahat edib. Uçuş bələdçisi ondan minik talonunu göstərməsini xahiş etdikdə, o, belə cavab verdi ki, onda yoxdur.

Bundan sonra polis əməkdaşları təyyarəyə minərək qadını təyyarədən endiriblər. Təyyarə şübhəli əşyalar axtaran mütəxəssislər tərəfindən yoxlanılarkən bütün digər sərnişinlər də hava limanına qayıtmalı olublar.

Bu, uçuşun dörd saat gecikməsinə səbəb olub. Yerli hakimiyyət hadisə ilə bağlı hərtərəfli araşdırma aparacaqlarını bildirib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
oxu24.com

3Mənbələr