AZ

Donetskdə BQXK-nin maşını atəşə tutuldu: 3 ölü var

Rusiya hərbçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Donetsk vilayətindəki humanitar missiyasının avtomobilinə atəş açıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

Onun sözlərinə görə, hadisə zamanı 3 nəfər həyatını itirib. 

“Təəssüf ki, Rusiyanın bu zərbəsi nəticəsində üç nəfər həlak oldu. Ailələrinə başsağlığı verirəm”,-deyə Zelenski qedy edib.

Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının həlak olmasını təsdiqləyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
iqtisadiyyat.az

2Mənbələr