AZ

Tanınmış iş adamı Müqayis Verdiyev HƏBS EDİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Uzun müddətdir axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində onun gizləndiyi yer müəyyən olunub.
Müqayis Verdiyev təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə təqdim olunub.
Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş adamına Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmənin qərarı ilə 1 ay 24 gün müddətində istintaq hərəkətlərinin davam etdirilməsi üçün həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib.
Qeyd edək ki, Müqayis Verdiyev əvvəllər də məhkum olunub və barəsində mətbuatda çoxsaylı neqativ məlumatlar dərc olunub.
Seçilən
180
50
oxu.az

10Mənbələr