AZ

Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının həlli yolunu açıqlayıb

Çin Ukrayna böhranının siyasi yolla həllinə tərəfdardır.

 

Oxu24.com-un xəbərinə görə Çin Xarici İşlər Nazirliyinin saytı xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Rusiya prezidenti Vladimir Putinlə   görüşündə bildirib.

“Çin böhranın siyasi həllinin təşviqinə sadiqdir və beynəlxalq ictimaiyyətin obyektiv, rasional və balanslaşdırılmış fikirlərini bir araya gətirmək üçün bütün tərəflərlə işləməyə hazırdır”, - diplomat bildirib.

Eyni zamanda Rusiya lideri təsdiqləyib ki, Rusiya həmişə sülh danışıqlarına açıq olub.

Görüş zamanı Putin Rusiya və Çinin ilk növbədə “beynəlxalq hüquq, suverenlik və bərabərliyə” əsaslanan ədalətli demokratik dünya nizamı prinsiplərini birgə müdafiə etdiyini də vurğulayıb.

Eyni tədbirdə Vanq Yi Çin Prezidenti Si Cinpinin salamlarını Putinə çatdırıb və qeyd edib ki, Çin lideri oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək üçün dəvəti məmnuniyyətlə qəbul edəcək. 

 

Nigar

 

Seçilən
142
48
oxu24.com

10Mənbələr