Bakı. Trend:
Böyük Britaniya həm COP konfranslarını təşkili sahəsində, həm də"yaşıl enerji"nin inkişafında geniş təcrübəyə malikdir və butəcrübəni Azərbaycanla paylaşmağa hazırdır.
Trend xəbərverir ki, bu barədə Britaniya səfirliyinin COP29 üzrə missiyarəhbəri Nik Beyker Britaniya Ticarət Palatasının Azərbaycandatəşkil etdiyi Beynəlxalq “Dayanıqlı İnkişaf və İqlimİnnovasiyaları” Forumunda bildirib.
"Böyük Britaniyada 2021-ci ilin noyabrında BMT-nin İqlimDəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 26-cı tərəflərkonfransını (COP26) keçirib. Böyük Britaniya 11 milyon britaniyalıev təsərrüfatını "yaşıl enerji" ilə təmin edən dünya liderlərindənbiridir. Ölkədə 141 külək və günəş stansiyaları və digər "yaşıl"təşəbbüslərlə bağlı layihələr həyata keçirilib. Buna görə də bizməmnuniyyətlə bu təcrübəni Azərbaycanla paylaşmağa hazırıq", - oqeyd edib.
Onun sözlərinə görə, Azərbaycana xüsusilə Böyük Britaniyanındəniz külək enerjisi stansiyalarının tikintisi sahəsindəkitəcrübəsi faydalı olacaq. Britaniya mütəxəssisləri bu stansiyalarıyalnız Böyük Britaniyada deyil, dünya üzrə digər ölkələrdə də inşaedirlər.
Bundan əlavə, Böyük Britaniyanın yeni hökuməti (2024 iyulayından fəaliyyət göstərir) 2030-cu ilə qədər karbon tərkibiniazaltmaq və 2050-ci ilə qədər Net Zero (sıfır tullantılar) hədəfiilə "yaşıl" layihələri özəl sektorla birlikdə uğurla həyatakeçirir.
"Biznesin enerji keçid planlarının həyata keçirilməsindəki rolukritik əhəmiyyət daşıyır. Bu yay Böyük Britaniyanın paytaxtındaözəl şirkətlərin "yaşıl" təşəbbüslərə cəlb edilməsi ilə bağlı birsıra tədbirlər keçirildi. Xüsusilə iyun ayında 'London İqlimDəyişiklikləri ilə Mübarizə Həftəsi' keçirildi. Biz "Bakı İqlimHəftəsi"ni səbirsizliklə gözləyirik. Ümumiyyətlə, Böyük Britaniyavə Azərbaycan arasında qlobal iqlim məqsədlərinə nail olmaq üçünmüxtəlif strukturlar və şirkətlər arasında çoxlu imkanlar var", -Beyker bildirib.
Onun fikrincə, Böyük Britaniya və Azərbaycan hökumətləriarasında COP29-un uğurla keçirilməsi üçün sıx əməkdaşlıqmövcuddur.
"Noyabr ayında Bakıdakı iqlim sammiti qlobal əhəmiyyət kəsb edənvacib bir hadisə olacaq, dünya dövlətlərinin liderləri və nümayəndəheyətləri uzunmüddətli qlobal təsirə malik danışıqlar aparacaqlar",- Böyük Britaniya nümayəndəsi əlavə edib.