NATO ölkələri indi təkcə Kiyevin Qərbin uzaqmənzilli silahlarından mümkün istifadəsini müzakirə etmir: əslində onlar Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməmək barədə qərar qəbul edirlər.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərlə söhbətində deyib.
“Bu raket sistemləri üçün uçuş missiyaları əslində yalnız NATO ölkələrinin hərbi personalı tərəfindən həyata keçirilə bilər, buna görə də bu, Ukrayna rejiminə Rusiyaya bu silahlarla zərbə vurmağa icazə verməkdən getmir:
NATO ölkələri hərbi münaqişədə birbaşa iştirak edir, ya yox. Əgər bu qərar qəbul olunarsa, bu, NATO ölkələrinin - ABŞ, Avropa ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakından başqa heç nə demək olmayacaq”, - Rusiya dövlət başçısı qeyd edib.