Şəhərdə yol üstü keçidlərdəki eskalatorlardan danışmaq istəyirik.
Hit.az-a müraciət edən şəhər sakini Nahidə Qocayeva bildirib ki, 63 yaşı var. Hər axşam Ağ şəhərlə üz-üzə yolüstü keçiddən keçib avtobus gözləyir:
“Lakin bu keçidin bir dərdi var. Nə işdirsə, qalxan eskalatorlar işləmir, düşənlər işləyir. Yaşlı adamam. 25 hündür pilləni qalxmaq əziyyt verir. Təngnəfəs oluram, dizlərim ağrıyır. Tək mən bu hala düşmürəm. Elə hamı əziyyət çəkir.
Təəssüf ki, Bakıda yarıtmaz vəziyyətdə olan eskalatorların sayı az deyil. Hərəkətin vacibliyini vurğulasaq da, fiziki məhdudiyyətləri piyadalar üçün belə keçidlər keçilməzdir".
Murad