AZ

"Ayrılan pullar hansısa deputatın oğluna maşın kolleksiyası yaratmağı üçün verilməməlidir" — Hafiz Hacıyev od püskürdü

“Saatlarla biz tıxaclarda qalırıq. Bu bəlkə də düşünülmüş şəkildə olan bir prosesdir ki, xalqın dözümlü olub-olmadığını yoxlayırlar. Bu sadəcə əxlaqsızlıqdır.  Ayıbdır! Bu milləti bu qədər əzmək, əsəbləri ilə oynamaq olmaz.

Bu sözləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 

O bildirib ki, bu gün şəhərdə hərəkət etmək mümküm deyil:

"Saatlarla isti havada, küçədə, tıxacda qalmaq olar? Bunu edən hansı qüvvələrdirsə, məqsəd dövlətə və dövlət başçısına xəyanətdir. Təbii ki, dövlət başçısı gedərkən müəyyən müddətə yollar bağlanmalıdır. Bu qanun, qaydadır. Amma digər şeylərə görə, heç fikirləşirlərmi ki, başqaları necə yaşayır, bu tıxacla necə yaşamalıdır. Bu məsələ kompleksli şəkildə həll olunmalıdır.  Bu tıxacların qarşısını almaqdan ötəri  ciddi tədbirlər görülməlidir.  Hər hansı bir tədbirə gedəndə saatlarla yollarda qalırıq. Bu nə dərəcədə düzgündür?  Bunun qarşısını almaq üçün yeni yollar, yeni körpülər salınmalıdır. Nəqliyyat üçün ayrılan pullar oğurlanmamalıdır. Bu sahədə ayrılan pullar hansısa deputatın oğluna maşın kolleksiyası yaratmağı üçün verilməməlidir. Bu dəqiqə Azərbaycan xalqı tıxacların əlindən od püskürür. Təbii ki, bu tıxacların aradan qaldırılması üçün imkan da var, ərazi də var. Ən böyük dövlətlərin paytaxtlarında bundan da çox maşın var. Maşınların çoxluğu tıxaca səbəb ola bilməz. Məsələ kompleks şəkildə həll olunmalıdır”.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
demokrat.az

1Mənbələr