AZ

Maliyyə üzrə baş mütəxəssis - VAKANSİYA

"Super Toys" şirkəti Maliyyə üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İşin təsviri:

  • Mənfəət və Zərər hesabatlarının hazırlanması;
  • Balans,pul vəsaitləri haqqında maliyyə hesabatlarının hazırlanması;
  • Maliyyə təhlilləri edərək uyğunsuzluqların müəyyən edilməsi;
  • Balans maddələrinin gündəlik olaraq yoxlanılması;
  • İllik büdcənin hazırlanmasına dəstək;
  • Büdcənin davamlı olaraq təqib olunması;

Tələblər:

  • Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Pərakəndə satış sahəsində təcrübəsi üstünlükdür.
  • Hesabatlılıq üzrə  biliklər və təcrübə, 
  • ERP sisteminin qurulmasında təcrübə  üstünlükdür.
  • Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli, 
  • Digər analitika proqram bacarıqları üstünlükdür.
  • Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;

Əmək haqqı: 1200-1500 AZN

Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Maliyyə mütəxəssisi” yazaraq e-mail ünvanına (hr@supertoys.az) göndərmələri xahiş olunur. 

Seçilən
182
37
fins.az

10Mənbələr