AZ

Kapitan Gəncə toplanışının faydalı olacağına inanır

“Əvvəlki illərə baxanda indi çempionatın səviyyəsi daha da artıb. Avroliqada çıxış etmək üçün bütün komandalarımız iddealıdır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.

O, yaranan fasilənin onlara xeyir verəcəyini düşünür: “Mən millidə olsam da, komandamız Gəncədə toplanışda idi. Həm fiziki durumu, həm də taktiki gedişləri yaxşılaşdırmaq üçün bu toplanışın bizə xeyir verəcəyini düşünürəm. Kollektiv olaraq çalışacağıq ki, “Sabah”la oyuna qədər ideal formada olaq və nəticələrimizin davamını gətirək. Tam ideal çıxış etməsək də, çalışdıq ki, ən yaxşı performansımızı göstərək. Şükürlər olsun, məğlub olmamışıq. Çalışacağıq ki, bu motivasiya ilə davam edək və uğurlu nəticələrimizin davamını gətirək. Əvvəlki illərə baxanda indi çempionatın səviyyəsi daha da artıb. Avroliqada çıxış etmək üçün bütün komandalarımız iddialıdır. İldən-ilə çempionatımız daha da ağırlaşır. Qitə yarışlarına vəsiqə uğrunda mübarizə aparan klublar həm çoxdur, həm də heyətləri genişdir. Məncə, bu il daha mübarizəli, daha maraqlı oyunlar bizi gözləyir”.

GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
futbolinfo.az

1Mənbələr