AZ

"Barselona" ispaniyalını geri qaytarmaq istəyir

 "Selta Viqo"nun müdafiəçisi Oskar Minqueza karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, "blauqrana" müdafiə xəttini gücləndirmək üçün 25 yaşlı futbolçu ilə müqavilə imzalamaq istəyir. "Barselona"nın ispan oyunçunu "Selta Viqo"dan 9 milyon avroya geri almaq imkanı var.

Qeyd edək ki, Minqueza 2022-ci ilin yayında Kataloniya komandasını tərk edib.

Xatırladaq ki, Oskar Minqueza bu mövsüm La Liqada 4 matçda "Selta"nın heyətində 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Ötən mövsüm müdafiəçi İspaniya çempionatında 38 matçda iştirak edib və bu oyunda iki qol vurub və iki məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
90deqiqe.az

1Mənbələr