Burak Özçivitlə xoşbəxt evliliyi olan Fahriye Evcen bu yay sosial şəbəkədəki paylaşımları ilə iz qoyub.
News24.az xəbər verir ki, Kaan və Keremi qucağına alaraq iki dəfə ana olmaq sevincini yaşayan Fahriye Evcen yay ayları boyu adından söz etdirməyi bacarıb.
İstanbuldakı evinin bağçasından oğlu Kerem ilə fotosunu paylaşan Fahriye Evcen həyat yoldaşı Burak Özçivitin jestini izləyiciləri ilə bölüşüb. Burak Özçivit evə qayıdan həyat yoldaşı Fahriye Evceni çiçəklərlə qarşılayıb. Evcen ərinin romantik jestini ürək emojisi ilə paylaşıb.
Məryəm İlhamqızı