AZ

Durov Fransanın tələbinə BOYUN ƏYDİ

"Telegram"ın yaradıcısı Pavel Durovun saxlanması onu Fransa təhlükəsizlik qüvvələri ilə əlaqə yaratmağa və onlara "Telegram" istifadəçilərinin kimliyini müəyyən etməyə kömək edəcək məlumatları təqdim etməyə məcbur edib.

Publika.az xəbər verir ki, bu barədə "Libération" məlumat yayıb.

Nəşrin məlumatına görə, son vaxtlara qədər Durovun messenceri hüquq-mühafizə orqanlarının sorğularına məhəl qoymurdu, lakin indi "Telegram" “görünməmiş əməkdaşlığa” başlayıb və sorğulara cavab verir.

Platforma milli polisin Yetkinlik yaşına çatmayanlar idarəsinin (Ofmin) və jandarmeriyanın bir sıra cinayət araşdırmalarında sorğularına cavab verib və şübhəliləri müəyyən etməyə kömək edə biləcək məlumatları təqdim edib. Xüsusilə, uşaqlara qarşı cinayətlərdən söhbət gedir.

Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə şöbəsinin rəhbəri Joanna Brousse "Libération"a "Qapı həqiqətən açılır" deyib.

Qəzet qeyd edir ki, bütün Fransa təhlükəsizlik qüvvələrinə "Telegram"dan məlumat ala bilmədiyi üçün dayandırılmış araşdırmaları bərpa etmək tövsiyə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
6
publika.az

7Mənbələr