“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandaya ünvanlanan tənqidlərə münasibəti ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, "BBC" niderlandlı çalışdırıcının dediklərini belə çatdırıb:
“Bu mənə təsir etmir. Mən nəyin içində olduğumuzu, nə etməli olduğumuzu, hara getdiyimizi bilirəm. Biz hələ keçid mərhələsindəyik, çoxlu gənc futbolçuları heyətə cəlb etməliyik. Hələ zədələr və futbolçuların komandaya qayıtması ilə məşğul olmalıyıq.
Amma heç kim bəhanə gətirməyəcək, hər matçda qalib gəlməliyik. Bunu mən bilirəm, komanda da bunu bilir.Biz diqqətimizi hər matça yönəldəcəyik".
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında üç turdan sonra üç xal toplayıb və hazırda 14-cü yerdədir. Növbəti raundda ten Haqın yetirmələri "Sauthempton"la qarşılaşacaq (14 sentyabr).