AZ

Yekaterinburqda Rusiya təhlükəsizlik qüvvələri partladılıb

…Rusiyanın Yekaterinburq şəhərində sentyabrın 11-də bu ölkənin Rusiya Qvardiyasının nəzarət-buraxılış məntəqəsi yaxınlığında partlayıcı qurğu işə düşüb. SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.

Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Ukraynanın işğal olunmuş ərazilərində işgəncələrin təşkilində iştirak edən işğalçılara qarşı "qisas aktı" Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq çərçivəsində gizli xidmət nümayəndələri tərəfindən həyata keçirilib.

Kəşfiyyat rəsmiləri bildiriblər ki, sentyabrın 11-də Rusiya Qvardiyasının yerləşdiyi hərbi hissənin nəzarət-buraxılış məntəqəsi yaxınlığında ümumi çəkisi 6 kq olan parçalanmış partlayıcı qurğu işə düşüb.

Kəşfiyyat məlumatlarına görə, nəticədə rus hərbçiləri partladılıb, maşınlarına ziyan dəyib.

…Partlayışın nəticələrinin aradan qaldırılması üçün Rusiya xüsusi xidmət orqanları və təcili yardım maşınları hadisə yerinə gəlib, tibbi təxliyə vertolyotu havaya qaldırılıb.

Məlumatda belə deyilir.

Əli Babayev

Seçilən
57
1
sesqazeti.az

2Mənbələr