İngiltərə Futbol Federasiyası "Tottenhem"in üzvü Rodriqo Bentankuru cəzalandıra bilər.

Offsideplus.az xəbər verir ki, qurum uruqvaylının komanda yoldaşı Son Hin Minə qarşı irqçilik etdiyini düşünür. Məlumatı federasiyanın mətbuat xidməti yayıb. 

Yayda verilişlərin birində qonaq olan Bentankurdan aparır Sonun formasını istəyib. Uruqvaylı komanda yoldaşı ilə bağlı zarafat edib:

"Sonni? Bəlkə bu, onun qohumunun formasıdır. Onsuz da hamısı bir-birinə oxşayır".

Qurum bu ifadələri irqçi təhqir kimi dəyərləndirib. Bentankurun özünü müdafiə etməsi üçün sentyabrın 19-na kimi vaxtı var. Onun günahı isbat olunsa, uruqvaylı 6 oyundan 12 matça kimi cəzalana bilər.