La Liqa prezidenti Xavyer Tebas "Real Madrid"in ulduzu Vinisius Juniorun "Qızıl Top" mükafatını qazanmaq şanslarını dəyərləndirib. 

Offsideplus.az xəbər verir ki, funksioner braziliyalı haqda bu sözləri deyib:

"Vinisius xüsusi oyunçudur. Bu il mükafatı qazanmasa, qazanmağın bir addımlığında olacaq. Həmçinin, bu il "Qızıl Top"u əldə etməsə, gələn il qazanacaq".

Qeyd edək ki, Vinisius Junior cari mövsüm bütün turnirlər üzrə 5 oyuna 1 qol və 3 assistlə yadda qalıb.