AZ

Bu il Cəlilabaddan 554 nəfər məzun tələbə adını qazanıb 

Bu il Cəlilabad rayonundan 554 nəfər məzun tələbə adını qazanıb.

Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2023-2024-cü il tədris ilində Cəlilabad məktəblərinin 11-ci sinfini 1 912 nəfər şagird bitirib. Onlardan 554 nəfəri tələbə adını qazanıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən Cəlilabad məktəblərini 2023-2024-cü tədris ili üzrə bitirən 7 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq.

Həmin tələbələrdən 2 nəfəri Cəlilabad şəhər 1 nömrəli məktəb liseyi, 1 nəfər Adnalı tam orta, 1 nəfər Sabirabad kənd 1 nömrəli tam orta, 1 nəfər isə Çünzəli kənd tam orta və 1 nəfər Üçtəpə kənd tam orta məktəbin məzunlarıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
far.az

3Mənbələr