AZ

92 yaşlı kişi ilk dəfə evləndi

Rusiyalı kişi ilk dəfə 92 yaşında evlənib, onun seçdiyi 55 yaşlı qadın olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rostov vilayətinin qeydiyyat idarəsinin mətbuat xidməti xəbər verir.

Toy mərasimi Rostov-na-Donu şəhərinin Voroşilovski rayonunun qeydiyyat şöbəsində baş tutub. 92 yaşlı Nikolay Xorenoviç 55 yaşlı Olqa ilə nikah bağlayıb.

Təqaüdçü üçün evlilik ilk dəfədir. Qeydiyyat şöbəsinin əməkdaşları bildiriblər ki, qoca belə qeyri-adi şəkildə ad gününü qeyd etmək və şəxsi Yeni ilini yeni statusda qeyd etmək qərarına gəlib.

Bəy Olqa Vasilyevnanı "qadın etalonunun təcəssümü" adlandırıb. Qadın isə ərinin "ən xeyirxah, ən rəğbətli və sevən" olduğuna inanır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
milli.az

2Mənbələr