AZ

Xuraman xanım Muradova "Xəzərin sahilində" Fəxriyyə Lilparın qonağı olub

Əlişir Nəvai adına Daşkənd  Universitetinin fəxri professoru,  Türk dünyası Elmlər Akademiyasının fəxri professoru,  Türk dünyası Altın yıldız və Onur medallı, “Humay” milli mükafatı laureatı, “Vektor” Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,  Özbəkistan Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai fənlər Akademiyasının fəxri akademiki, İş insanı, sahibkar, “VİP Milan Hospital”ın təsisçi direktoru Xuraman xanım Muradova "Xəzərin sahilində" Fəxriyyə xanım Lilparın qonağı olub.
 
Görüşdə Xuraman xanımın ifasında gözəl şeirlər səsləndirilib. Xuraman xanım Muradova ilə aparıcı Fəxriyyə Lilparın ədəbiyyat, sənət, poeziya, yaradıcılıq mövzusunda maraqlı söhbəti geniş auditoriya tərəfindən rəğbət və məhəbbətlə qarşılanıb.
 
Görüşdə Xuraman xanımın bu yaxınlarda Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru  və Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilməsi haqqında da bəhs olunub.
 
Xatırladaq ki, bu ilin avqust ayında Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru adına layiq görülən Xuraman xanım Muradova universitetin rektoru hörmətli akademik Şuhrat müəllim Sirəcəddinovun rəsmi dəvətiylə Daşkənd şəhərində səfərdə olmuşdu. Səfər çərçivəsində Xuraman Muradova 19 avqust 2024-cü il tarixində Özbəkistan Dövlət Universitetində düzənlənən  tədbirdə iştirak etmiş və Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru adına layiq görülmüşdü.
 
21 avqustda isə Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyidin rəhbərliyi ilə keçirilən tədbirdə Xuraman xanım Muradova Özbəkistan Yazıçılar Birliyinə fəxri üzv qəbul edilmişdi.
 
Xatırladaq ki, bu ilin mayında Xuraman xanımın Daşkəndə səfəri zamanı o, Azərbaycanın Müstəqillik gününə həsr olunmuş rəsmi tədbirdə müxtəlif ölkələrin Özbəkistandakı səfirləri, attaşeləri, rəsmi dövlət qurumları nümayəndələri qarşısında çıxış etmiş və Xuraman xanımın bu möhtəşəm çıxışı Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Quliyevin, Özbəkistan Respublikası baş nazirinin birinci müavini Oçilbay Ramatovun və çoxsaylı dövlət rəsmiləri tərəfindən böyük rəğbət və alqışlarla qarşılanmışdı.
 
Türk dünyasının sevilən şairəsi, ziyalı Azərbaycan xanımı, dəyərli həmvətənimiz Xuraman xanım Muradovaya uğurlar arzu edirik!
Seçilən
214
1
moderator.az

10Mənbələr