AZ

Sabiq ''Qalatasaray''lı Kərəmin ''Benfika''ya transferi haqda nə dedi?

''Benfika''da öz qolları ilə iz buraxmağı bacaran, amma ''Qalatasaray''a gəldikdən sonra ümidləri doğrulda bilməyən Haris Seferoviç Kərəm Aktürkoğlunun ''Qalatasaray''dan ''Benfika''ya keçidini dəyərləndirib.

"Football-plus.az" xəbər verir ki, hazırda BƏƏ təmsilçisi ''Əl-Vasl''da top qovan 32 yaşlı forvard 2022-nin yayında ''Cim-Bom''un ən hay-küylü transferlərindən biri olmuşdu. Amma o qədər bərbad çıxış etmişdi ki, cəmi 6 ay sonra ''Selta''ya icarəyə göndərilmişdi. Seferoviç bunları deyib:

''Kərəm mükəmməl oyunçudu. Hər zaman hücumlarda fəal iştirak edir. Rəqib müdafiəsini çətin vəziyyətə salmağı, boşluqlar tapmağı bacarır. ''Qalatasaray'' kimi klubda oynamaqla psixoloji cəhətdən güclü olduğunu göstərdi. Orda oynaya bilmək üçün həqiqətən də güclü olmalısan. Elə ''Benfika''da oynamaq üçün də çətinliklərin öhdəsindən gəlməyi bacarmalısan. Həm texniki cəhətdən güclüdü, həm də bitiriciliyi yüksək səviyyədədi. Hələ də gənc və inkişafa meyilli futbolçudu. ''Benfika''da bir qədər də inkişaf edə bilər. Çünki həm də çalışqan oyunçudu. ''Qalatasaray''da oynadığım dönəmdə onu çox bəyənirdim. Qol vurmaq və məhsuldar ötürmə vermək baxımından seçilirdi. Hər oyunda qalib gəlmək istəyirdi''.


ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
football-plus.az

1Mənbələr