AZ

Qərb iqtisadi itkilərə baxmayaraq müharibənin davam etməsində maraqlıdır


ABŞ, Böyük Britaniya, Fransa və Almaniya rəsmi olaraq İranın Rusiyaya ballistik raketlər tədarük etdiyini və buna görə də İran və Rusiyanın hüquqi və fiziki şəxsləri arasında münasibətlərə yeni sanksiyaların tətbiq olunduğunu açıqlayıb.

ABŞ Xəzinədarlığının press-relizində İran və Rusiya arasında yüzlərlə raketin tədarükünə dair müqavilənin 2023-cü ilin sonunda imzalandığı, 2024-cü ilin yayında Rusiya hərbçilərinin İranın Fəth-360 raketinin istifadəsi üzrə təlim keçdiyi bildirilib.

Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsi hərbi-texniki müstəvidə o qədər də sıx əməkdaşlıq etməyən Moskva-Tehran xəttində dinamiklik yaratdı. İran Rusiya tərəfinə kiçik radiuslu ballistik raketlər və kamikadze dronlar satarkən, Rusiyada öz növbəsində cənub qonşumuzun illərdir əldə etməyə çalışdığı "Su 35" tipli qırıcıların satışına yaşıl işıq yandırdı.

Bununla paralel olaraq İsrailin aviazərbələri və hava hücumları qarşısında aciz vəziyyətdə qalan İran, müdafiədəki boşluqları qapatmaq üçün Rusiyadan müasir radar, radioelektron mübarizə və erkən xəbərdarlıq sistemləri almağı bacardı.

Uzun illər ABŞ'dan sonra dünya silah bazarının ikinci şəriksiz lideri olan, istehsal etdiyi hərbi məhsullarla bir çox ölkənin ordu quruculuğunda yaxından iştirak edən Rusiyanın, İrandan silah-sursat alması təəccüblü deyil.

Hər bir ölkənin müəyyən həcimdə silah ehtiyyatı və istehsal potensialı olduğu üçün Rusiyanın da gücü, qüvvəsi sonsuz deyil. Ukrayna tərəfdaşlarından hərbi-siyasi dəstək aldığı kimi, Rusiya da hər hansı bir boşluq yaranmasın deyə eyni addımları atır. Və bu heç kimə təəccüblü gəlməsin.

İran, Şimali Koreya kimi ölkələrin istehsalı silahlar Rusiyanın hərbi doktirinasına tam uyğundur. Çünki Rusiya heç vaxt nöqtə əməliyyatlar icara edən dövlət olmayıb. Onların müharibə planları bütün vasitələrin tətbiqi ilə kütləvi zərbələr endirmək strategiyasına dayanıb və biz bunu Çeçenistan, Gürcüstan, Suriya vətəndaş müharibəsi və keçmiş bütün müharibələrdən müşahidə etmişik.

İndiki məqamda ABŞ və onun ətrafında kollektiv Qərb olaraq tanımladığımız dövlətlərin Moskva-Tehran hərbi əməkdaşlığını qabartması, bundan sonra Ukraynaya verdikləri uzaq mənzilli raketlərlə Rusiya ərazisinə zərbələr endirmək icazəsinin gündəmə gətirilməsi bir sözlə desək, münaqişənin davam etməsi üçün göstərilən səylərin bir parçasıdır. Qərb iqtisadi itkilərə baxmayaraq müharibənin davam etməsində maraqlıdır.

Pərviz Mirizadə
Seçilən
42
newscenter.az

1Mənbələr