AZ

Debatdan sonra da populyar oldu

ABŞ prezidentliyinə namizəd Kamala Harris son debatdan sonra milli səviyyədə populyarlıq baxımından rəqibi Donald Trampı qabaqlayır.

“Qafqazinfo” xəbər verir ki, bu, “Reuters” və “Ipsos”un sorğusundan irəli gəlir.

Sorğunun nəticələrinə görə, Harrisin reytinqi 47%, Trampın reytinqi isə 42% təşkil edir.

Seçicilərin 53%-i Kamala Harrisin qalib gəldiyini bildirib. Donald Trampın qazandığı mövqeyi respondentlərin 24%-i bölüşür.

Bundan əlavə, respondentlərin 52%-i Trampın tədbir zamanı kəkələdiyini və inandırıcı görünmədiyini deyib.

Qeyd edək ki, Tramp-Harris debatı sentyabrın 10-da baş tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
4
qafqazinfo.az

5Mənbələr