AZ

Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir –RƏY VİDEO

Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələri Qafqazın ətraf mühitinə ziyan vurur. Bu isə Ermənistanın bir sıra konvensiyaların tələblərini ciddi şəkildə pozması deməkdir.

Xezerxeber.az xəbər verir ki, bu fikirlər Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərlənməsi barədə keçirilən brifinqdə səsləndirilib. "Environmental protection first" koalisiyasının həmtəsisçisi Sabit Bağırov deyir ki, Ermənistan Mədən Sənayesində Şəffaflıq Təşkilatının üzvüdür və davamlı olaraq dağ-mədən sənaye fəaliyyəti ilə bağlı məlumatları ictimaiyyətə təqdim etməlidir.

Koalisiyanın həmtəsisçisi Amin Məmmədov isə bildirib ki, Ermənistan ərazisində 20-dən çox nöqtədə, Azərbaycanla həmsərhəd bölgələrə yaxın ərazilərdə müxtəlif əlvan və qara metallar hasil edən sənaye müəssisələrinin peyk görüntüləri əsasında hesabat hazırlanıb.

Koalisiya üzvləri olaraq biz bu məsələyə qəti şəkildə bir daha etirazımızı bildirir və beynəlxalq ictimaiyyətin də diqqətini bu məsələyə yönəltməklə Ermənistanın bu sahədə ciddi addım atmasını tələb edirik,-  deyə Amin Məmmədov vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
60
xezerxeber.az

1Mənbələr