AZ

"Tax, Audit and Consulting Services MMC" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA

Tax, Audit and Consulting Services MMC

Kiçik Hüquqşunas

Son tarix 12 okt 2024 - [email protected]

Vəzifə öhdəlikləri: 

  • Hüquqi sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirilməsini həyata keçirmək;
  • İnzibati orqanlardan daxil olan sorğuların hüquqi əsaslandırılması, cavabların hazırlanması, təmsilçilik funksiyasını icra etmək və s.;
  • Müəssisənin fəaliyyətilə bağlı, icarə, alqı-satqı, xidmət və digər müqavilələrin hazırlanması;
  • Mülki-hüquq müqavilələrin hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Daxili sənədlərin hüquqi tələblərə uyğunluğunun yoxlanılması;
  • Müştərilərə hüququn müxtəlif sahələrinə aid məsələlərdə yazılı və şifahi hüquqi məsləhətlərin verilməsi;
  • Hüquqi sənədlərin tərtib edilməsi;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
  • Sorğu, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması.

Namizədə dair tələblər:    

  • Hüquqşünas ixtisası üzrə ali hüquq təhsili
  • Korporativ hüquq sahəsində minimum 2 (iki) il hüquq təcrübəsi
  • Microsoft Office proqramlarında işləmək bacarığı
  • İngilis və rus dili bilikləri üstünlükdür

Əmək şəraiti:

  • İş qrafiki 5 günlük iş rejim
  • Əməkhaqqı 1500 Azn
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
fed.az

1Mənbələr