AZ

Pompeydə “Böyük Yeddiliyin” mədəniyyət sammiti təşkil olunacaq

Pompeydə

Roma, 12 sentyabr, AZƏRTAC

İtaliya “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində Pompey şəhərində bu ölkələrinin mədəniyyət sammiti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, G7 ölkələrinin nümayəndə heyətləri sentyabrın 20-də Pompeydə arxeoloji qazıntı ərazilərinə baş çəkəcək, konsert proqramı təşkil olunacaq. Tədbirlərlə bağlı şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi Roma imperiyasının Pompey şəhərinin kül altında qalmasına və iki minədək insanın ölümünə səbəb olub. Neapol şəhərinin cənubundakı Pompey Arxeoloji Parkı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Pompey İtaliyanın ikinci ən çox ziyarət edilən turizm bölgəsidir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
4
azertag.az

5Mənbələr