AZ

"Barselona"nın Dembele üçün "Borussiya"ya ödənişini bitirdi

"Barselona" Dortmund "Borussiya"sından hücumçu Usman Dembelenin transferi üçün 148 milyon avro ödəyib.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, “kataloniyalılar” 2017-ci ildə fransalı futbolçunu transfer edərkən ilkin olaraq 105 milyon avro məbləğində sabit məbləğ ödəyib. La Liqa klubu bir müddət sonra ümumi məbləği 33 milyon avro təşkil edən bonusları da ödədiyi bildirilib.

Dembele 2023-cü ilin avqustunda "Barselona"dan PSJ-yə keçib və onun hazırkı müqaviləsi 2028-ci ilin iyunun sonuna kimidir. Fransız futbolçunun Transfermarkt portalındakı dəyəri 60 milyon avrodur. Dembele bu mövsüm artıq üç matçda meydana çıxıb və bir qol vurub və üç məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
90deqiqe.az

1Mənbələr