Xalidə Xalid,Araşdırmaçı yazarTürkiyəAzərbaycanımın dəyərli oxucuları!Uzun ayrılıqdan sonra sizin görüşünüzə “Öncə VƏTƏN” layihəsiylə gəldim.Bu layihəyə Türkiyə mətbuatında Azərbaycan şəhidlərimizin tanıdılması ilə start verilib.Azərbaycan mətbuatında daTürkiyənin şəhid övaldlarının yarımçıq qalan həyat hekayələri ilə sizləri tanış etmək, onları daha yaxından tanıtmaq istəyirəm.ŞƏHİDLİK-ucadan uca bir zirvədir.ŞƏHİDLİK- o zirvəni fəth edənlərin yuksək məqamıdır.ŞƏHİDLİK- Vətən torpağının ağuşunda əbədi yuxuya dalmaqdır.ŞƏHİDLİK-Cənnət çiçəkləriylə bəzənmiş bir məkana sahib olmaqdır.Bütün bu saydıqlarıma sahib olan, “Öncə VƏTƏN”in Azərbaycanda ilk qəhrəmanı Siirt şəhidi Əmrə Kaan Arlıdır.Hər şəhidin yarımçıq qalan çox maraqlı həyat hekayəsi var. Hər hekayə onları daha yaxından tanımağımıza vəsilə olur.Bu hekayələr nə qədər maraqlı olsa da , bir o qədər insanın ürəyini paramparça edir.22 yaşlı Əmrənin də həyat hekayəsi də çox maraqlıdır. Mən şəhidlərimizlə bağlı yazdığım yazılarımda həmişə onların hər zaman bizim yanımızda olduqlarını vurğulayıram.Vurğulayıram ki, şəhidlərin hər zaman bizimlə bir arada olduqlarını kimsə unutmasın.Əmrənin atası Şaban bəy səhiyyə işçisi olub, hazırda təqaüdçüdür.Əmrə şəhid olduqdan sonra Türkiyə Müharibə Əlilləri, Şəhidlər, Dul və Yetimlər Dərnəyinin Kocaeli şöbəsinin rəhbəri kimi fəaliyyət göstərir.Anası Əminə xanım tibb bacısı olaraq çalışıb, indi təqaüddədir.Əmrənin ailəsi və dostlarıyla görüşdükdən sonra şəhidlərimizin şəhid olacaqlarını öncədən hiss etdiklərinə bir daha əmin oldum.Həmin il qış İzmitdə çox soyuq keçirdi. Ana balkondan çölə baxır, içi yana-yana “ biz burda, rahat həyatda bu soyuğa dözə bilmirik. Mənim övladım torpağın altında bu şaxtaya necə dözür” deyə düşünürdü.Əmrəyə həmişə “çox istəyirəm sən Kəbə imamı olasan, mən də sənə baxım qürur duyum” deyirdi.Şəhadətindən sonra Əmrə bir qadının yuxusuna girir. Ona deyir ki, “anam mənim Kəbə imamı olmağımı istəyirdi. Ona deyin ki, mən burda hər gün Kəbə imamları ilə söhbət edirəm. Nə soyuq hiss edirəm, nə də üşüyürəm. Anama deyin, mənə görə narahat olmasın.” Əmrə heyvanları çox sevirdi. Valideynləri evdə it, pişik, göyərçin saxlayırdılar Əmrə sevir deyə.Əmrə məhəllədə kimin nə ehtiyacı olardısa, köməyə qaçardı. Çətinə düşənə həmişə yardım etməyə çalışardı.Onu hər yay məscidə göndərirdilər ki, müsəlman övladı olaraq dinini öyrənsin.Valideynləri çalışdıqları üçün onu nəzarətdə saxlaya bilmirdilər. İbtidai sinif dönəmində iki-üç duadan başqa bir şey öyrənməmişdi.Amma Quran kursuna getdikdən sonra Quran-i Kərimi də öyrənir, hətta başqalarına da Quran oxumaği öyrədir.Əmrə şəhid olduqdan sonra onun üçün Quran oxunan günlərdə onlara bir yerimə əngəlli gənc gəlir.Nə Şaban bəy, nə də Əminə xanım onu tanımırlar. Çox canfəşanlıqla nələrsə etməyə çalışır. Gah yemək paylayır, gah da ehtiyac olan işləri görməyə çalışır.Bir gün Şaban bəy, Əminə xanımdan bu gəncin kim olduğunu, onu tanıyıb, tanımadığını soruşur.Əminə xanım da tanımadığını söyləyir və həmin gəncdən Əmrəni hardan tanıdığını soruşmağa qərar verirlər.Onun qəlbinə dəymədən soruşurlar.“Mən sizə deməyə ürək etmirdim. Əmrə mənim Quran kursunda müəllimim olub.Müqəddəs kitabı mənə Əmrə qardaşım öyrədib. Mən başqa heç kimdən Quran-i Kərimi öyrənə bilmirdim. Əmrə mənə çox yardımçı olub.”Beləliklə, Mustafa adlı bu gəncin Əmrənin tələbəsi olduğunu öyrənirlər.Əmrə anasına çox bağlı olub. Anası onunla, o anasıyla nəfəs alıb. Bu sevgiyə ətrafdakılar Əminə xanım sonbeşik övladları Hilalı dünyaya gətirərkən bir daha əmin olublar.Belə ki, Əminə xanım əməliyyatdan çıxana qədər, Əmrə bacısına sarı baxmayıb, qucağına da almayıb. Deyib ki, anam əməliyyatdan sağ-salamat çıxana qədər, körpəni qucağıma almaram. Sonralar Əminə xanımın iş yoldaşları Əmrənin ona necə bağlı olduqlarına şahid olduqlarını bildirirlər.Əmrə hərbi xidmətə getmədən öncə,bir gün atasına polis olmaq arzusunda olduğunu bildirir. Sonra da təhsilini donduraraq hərbi xidmətə getmək üçün müraciət edir.Atası nədən belə etdiyini soruşanda Əmrə cavab verir:“Atacan, mənim günahım çoxdur. Mən əsgərliyə şəhid olmaq üçün gedirəm. Şəhid olacağam, sizi də, özümü də bu günahdan qurtaracağam” deyir.Atası onun bu cavabından əsəbləşir. Deyir ki, ay oğul, sənin yaşın nə, başın nə? Sənin nə günahın ola bilər ki? Həddi buluğa hələ təzə girmisən.Nə etmisən ki? Pis hərəkətlər aludəçisi deyilsən, oğurluq etməmisən, kimsəyə pisliyin keçməyib. Günahın ola bilər ki, sənin?Əmrə isə “ yox, ata, yox, mən şəhid olacağam.Ona görə də, jandarmada komando kimi dağlarda, dərələrdə düşmənlə mücadilə edəcəyəm.” deyə cavab verir.İmkan olduqca anasıyla, atasıyla əlaqə saxlayır. Hər dəfə də “ana narahat olma, ana burda heç bir problemim yoxdur” deyir.Anası dərd çəkməsin deyə, ona yalan söylərdi Əmrə. Şirin yalan idi onun yalanları.Lakin orda Əmrənin dediyi kimi hər şey yolunda getmirdi. Hər günü düşmən gülləsi altında keçirdi.Əmrə əsgər gedərkən, başqalarından fərqli olaraq nə əllərinə, ayaqlarına xına yaxılır, nə də musiqiçilər dəvət olunur.Onun üçün məsciddə Quran oxunma mərasimi keçirilir.Ehsan çörəkləri ətrafa paylanırkən, yaşlı bir kişi Əmrənin dostundan “oğlum, şəhidinizmi var?” deyə soruşur. Dostu isə “xeyir, əmi, Əmrə hələ əsgər gedəcək.”deyərək kişiyə cavab verir.Bunu Əmrə şəhid olduqdan sonra dostu anasıgilə deyir.Oğlu əsgər getmədən dörd-beş ay öncə ananın ürəyini qəribə bir sıxıntı sarır. Heç yerdə qərar tuta bilmir. Sanki bütün bədəni atəşə bürünür, yanır.Əmrə məzuniyyətə gəldiyində evdəkilərin “orda vəziyyət necədir?” sualına “yaxşıyıq, salamatçılıqdı” deyə cavab verir, bu mövzuda təkrar söhbət açılmaması üçün tez-tez başqa söhbətə keçir.Bir dostu var, Əmrədən iki yaş böyükdür. Ona danışırmış dağdakı vəziyyəti.“Mən atama orayla bağlı heç nə demirəm.İstəmirəm burda məndən narahat qalsınlar.Bizim vəziyyətimiz orda heç ürəkaçan deyil. Mən orda pulemyotçuyam. Çox qəribə bir silahdır. 250 metrlik hədəfi 25 metrə çəkir. Mənə yandan, sağdan, soldan, arxadan kimsə bir şey edə bilməz. Siçan kimi, onları qovuram. Amma aşağıdan, yamacdan atəş açarlarsa, onda özümü qoruya bilmərəm” deyə dostuyla bölüşür.Əmrə düşmənin niyyətini bu sözləri söylərkən, sanki öncədən hiss edir.Xain düşmənin basqını da dağın yamacından olur.Saat 14:10 radələrində Siirt Pervari yolunun təhlükəsiyliyi üçün vəzifələndirilən hərbiçilərimizin keçəcəkləri yola bölücü terror mənsubları tərəfindən öncədən əldə düzəldilmiş partalyıcı döşəyirlər.Hərbi maşınla yoldan keçən 8 əsgər və zabit şəhid olur.Əmrə şəhid olduğu ilk gündən iyirminci günədək ailəsinin tanımadığı insanların yuxusuna girir.“Əmrə mənim yuxuma gəldi, mən onu bu dünyada heç tanımıram.Yuxuma gəldi, bunu dedi, Sizin övladınız şəhiddir” deyə o insanlar gördükləri yuxuları şəhidimizin ata-anasına danışırlar.Şaban bəyin, onunla bağlı unuda bilməyəcəyi iki yuxusu var. Əmrə Konyaya heç getməmişdi. Atası isə onu yuxusunda Mövlanənin türbəsinin önündə görür. Xanımına deyir ki, mən Konyaya gedirəm. O da “mən də gəlirəm” deyir və birlikdə yola hazırlaşırlar.Cümə sabahı səhər saat 08.00-da evdən çıxaraq sürət qatarı ilə yola düşürlər. Cümə namazını orda qılırlar.Yenikənd səmtində Əli adlı əqli qüsurlu bir insan varmış. Əmrə ona da çox kömək edərmiş.Ailəsinin tanımadığı, adını bilmədiyi çox insan var ki, Əmrənin şəhadətindən sonra onlara yardım etdiyindən xəbərləri olur. Əmrə şəhid olduqdan sonra da fərqli çox şeylərə vəsilə olur.Bir gün Yaşılova Quran kursundan bir müəllimə Əminə xanıma zəng vurur. Əmrə şəhid olduqdan bir həftə sonra.“Əminə bacım, sizi Asiyə adlı bir xanımla tanış etmək istəyirəm. Sizə gələ bilərikmi”-deyə soruşur.“Əlbəttə, qapımız hər kəsə açıqdır, gəlin”deyir.Gələn otuz dörd yaşında xərçəng xəstəsi olan bir qadın olur.Əmrə şəhid olduğu gün onun yuxusuna girir, ona deyir ki, “bizim evin ünvanı budur. Anamın adı Əminə, atamın adı Şabandır. Mən şəhid olacağam. Anama deyin, üzülməsin, ağlamasın.Mən şəhadət şərbətini Peyğəmbər əfəndimizin əlindən içdim.”Başqa bir yuxu isə Aynur adlı bir qızla bağlıdır. Həmin gün evdə oturduqları vaxt, qapının zəngi çalınır. Açdıqlarında qarşısında bir qızın dayandığını görürlər.“Xala, məni yanlış anlamayın. Adım Aynurdur. Mən sizin oğlunuzu yuxularımda görürəm. Hər gecə görürəm. Quran oxutdum, sədəqə payladım, amma yenə də gəlir, və hər dəfə də, get mənim anamı ziyarət et, deyir” deyə qızcığaz kövrələrək anladır.Aynur onlara gəldikdən sonra, Əmrə bir də onun yuxusuna girmir.Əmrə şəhid olduğunda Əminə ana dörd ilə yaxın bir müddət ərzində mətbəxin balkonuna çıxmır. Hər gün zibilləri Əmrəyə verər, özü də arxasından balkona çıxıb, gözlərdi. Zibil qutusu olan tərəf də balkonlarından görünərdi. O anları xatırlamaq çox ağır olduğu üçün, balkona çıxmaqdan vaz keçərdi.“Nə edirsən et, amma bir yanın əksik. Dostları evlənir, bizi dəvət edirlər. “Ana, gəl, nə olur” deyirlər. Bizi çox sevdikləri üçün yanlarında olmamızı istədiklərini bilirik, amma mənim orda nələr çəkəcəyimi onlar bilmirlər.Evlənməkdən söz düşərkən, Əmrə mənə deyərdi ki, sənin seçib, bəyəndiyin qızla evlənəcəyəm. Atasına da demişdi ki, mənim üçün elçiliyə Davud əmi gedəcək. Davud qardaş da, bizim qohumumuzdu.Bilirsiniz, insanın mənəviyyatı kor olarsa, bütün bu acılara dözmək çox çətin olar.Bilirik Allahdan gəlmişik, Allaha da dönəcəyik. Rəbbim vermişdi, Rəbbim də aldı.Allah geridə qalan övladlarımıza sağlam, xoşbəxt həyat nəsib etsin. Onların günahı yoxdur ki...”-deyir ana.Əmrə uşaqlıqdan çox hərəkətli bir uşaq olur. Yatmağı sevməzmiş. Gah anasının ayaqları üstdə, gah beşikdə tərpədərmişlər. Layla, mahnı dinləyərək yatmağı da sevməzmiş. O vaxtlar televizorda bir cizgi filmi vardı “Toplu”, onu izləyərək yatarmış.Əmrə çox mülayim, səmimi, dost, yoldaş üçün canından keçməyə hazır olan bir gənc olub.Əlif Əmrədən dörd yaş kiçik bacısıdır.Əmrənin böyük qardaş olaraq cox diqqətli, cox səmimi bir insan olduğunu deyir. Yaş fərqləri olduğu üçün, onunla daha yaxın sirdaş, dost ola bilmədiklərinə heyfslənir. Amma o, hər addımda özünün ağır təbiəti ilə, bacısının nəzərində bir dost obrazı yaratdığından xəbərsiz olur.Hər il yay aylarında ata yurdları Samsuna gedər, dənizi çox sevirdilər. Əlif də, kiçik bacıları Hilal da günəşdə çox tez yanarmışlar. Əmrə isə heç yanmazmış. Qızlar canlarının ağrısından ağlar, Əmrə də o dəqiqə həkimliyə başlardı. Yanan yerlərə krem çəkər, sərinləsin deyə yanmış yerləri yelpiləyərdi.Əmrənin qəribə bir özəlliyi olub. Məsələn, evdən səhər çıxar, axşam gələrdi. Demək olar ki, çox az vaxt olardı ki, gün ərzində evdə olsun. Buna rəğmən ailədə kimin nəyə üzülə biləcəyini, nəyə sevinə biləcəyini, kimin nəyə sərt reaksiya verəcəyini gözəl bilirdi. Çox vaxt onun bu xasiyyətinə ailə üzvləri məətəl qalırdılar.“Əmrənin şəhid olma xəbərini aldığım gün, həyatımın bitdiyi gün olaraq xatirimdə qaldı.Xəbəri sosial mediada gördüm, təsadüfən. Anam da qonşuda idi. Anama zəng çaldım ki, evə gəlsin. Anam gəldi.Az keçmədi ki, atam da gəldi. Yay olduğu üçün pəncərələr açıq idi. Birdən aşağıdan səslər gəlməyə başladı. Başımı pəncərədən çölə çıxarmağımla evimizin qarşısında təcili yardım, polis, əsgər, jandarma maşınlarını gördüm. O an qapının zəngi çalındı. Qapını atam açdı...O an dünya sanki mənim başıma uçdu. Abimin, Əmrəmin şəhid olduğu xəbərini gətirmişdilər.Bəzən düşünürəm ki, belə ölüm hər kəsə nəsib olmur. Allah uzaq etsin, başqa bir hadisə zamanı həyatını itirsəydi, o acı bizə nələr yaşadardı, kim bilir. Kaşki yaşasaydı. Kaşki onun toyunu görsəydik. Onunla qürur duyuram, bəli. Bu qürurun içərisində isə qardaş həsrəti, qardaş nisgili gizlənir.”-deyir Əlif.Evin sonbeşiyi Hilalın isə qardaşı ilə bağlı xatirəsi çox azdır.O, qardaşını yaraşıqlı, ürəyi yumşaq bir insan kimi xatırlayır. Əmrənin onun üçün qürur qaynağı olduğunu vurğulayır. Əmrənin divanda uzandığından,onun da qardaşının sağında, solunda fırlandığından, bəzən orda yatdığını, özünün isə onun yanında oturub film izlədiyini, sonra o da qardaşının ona qoşulduğunu gülümsəyərək anladır. Onunla keçirəcəyi daha çox günləri, eləcə də, indi onunla bağlı daha çox danışa biləcəyi xatirələrinin olmamasına heyfslənir Hilal.Əmrənin cənazəsi gələn gün Şaban bəy çox narahat olur. Deyir ki, içimdə sanki bir ocaq qalamışdılar.Tələsik evə gəlir.Evdəkilərin halından şübhələnir. Zəngi çalınan qapını, özü açır. Qapıda çoxlu əsgər və zabit dayandığını görür. Yüksək rütbəli zabitlərdən biri “ Abi, başımız sağ olsun, qardaşımızı itirdik” deyir.O, isə cavabında “İlla lillahi inna ileyhi raciun” deyə cavab verir. Onun bu cavabını eşidən zabit qəribə baxışlarla üzünə baxır. Onlara oturmaq üçün yer göstərir.“O an mənim belim qırıldı, dünyam dağıldı. Artıq doqquz ildir, üzüm gülsə də, qəlbim qan ağlayır.Hər gün, hər gün yuxuma gəlməsini arzulayıram. Yuxuma gələndə bir az rahatlanıram”-deyir, şəhid atası.Əmrə doğulanda ad qoyulmasının da maraqlı tarixçəsi var.Əminə xanım Yunus Əmrə yaradıcılığına vurğun olduğu üçün oğluna Yunus Əmrə adını qoymaq istəyir. Şaban bəy isə böyük Göytürk hökümdarı Bilgə Kağandan təsirlənərək oğluna Bilge Kağan adını verməyi düşünür.Bir gün səhər Şaban bəyin ağlına belə bir fikir gəlir: “Oğlumun adından anasının istəyi olan Yunusu, mənim istəyim olan Bilgəni çıxaraq, o zaman Əmrə Kaan olsun”Bu adı qoyarkən onlar bilmirdilər gün gələcək körpə Əmrə Kaanın, ata-anasının, Vətəninin qüruru olacaq.Bu günlərdə Əmrənin dostlarıyla “Əmrəylə bir arada” adlı görüş keçirdik.Əmrənin dostları Barış Gündoğdu, Səlim Maral, Əmrə Dikbaş, Alparslan Əmrə Eken,Əhməd Meram.Hər biri Əmrəylə bağlı xatirəsini danışdıqca, xəyallarımda onların Əmrəli günləri canlanırdı.Qəribəsi də bu idi ki, hər kəs onunla bağlı kədərli notlara köklənsə də, ondan gülərək bəhs edirdilər.Söhbətə ilk yazının əvvəlində bəhs etdiyim əngəlli gənc Mustafa Yılmaz başladı:“Əmrəylə Quran kursunda tanış oldum.O zamana qədər tanımırdım. Kursun müəllimləri Quranı bitirən şəxslərə bir şagird seçmə ixtiyarı vermişdilər. Əmrə birbaşa mənim yanıma gəldi və “mən bu abimi seçirəm” dedi.Səkkiz gün olmadan mən Qurani-Kərimi oxumağı öyrəndim. Dostluğumuz səkkiz gün çəkdi. Amma bu səkkiz gün mənim üçün bir ömrə bərabər oldu. O qədər təmiz qəlbli, o qədər xeyirxah bir gənc idi ki. Biz bir dərnək qurmuşduq, Kocaelində.Qazi və şəhidlərimizlə bağlı.Əmrə tez-tez mənim yuxuma girir və mənə “ abi, sənin orda nə işin var? Orda olma, sənin orda olmağını istəmirəm” deyirdi. Mən ordan istefa etdim. Mən tez-tez işimlə əlaqədar onların evlərinin qarşısından keçirdim. Bir gün də yuxuma gəlib mənə dedi ki, “ abi, mən səni balkondan görürəm, ordan keçərkən”.Allah ondan razı olsun, bu gün əgər Qurani-Kərimə bələd oldumsa, onun sayəsində oldum.”Gənclər danışırdılar, hər biri də sanki Əmrəylə bərabərmişlər kimi söhbət edirdilər.Uşaqlıq illərinin Əmrəli günlərini elə ləzzətlə təsvir edirdilər ki, Əmrənin indi cismən yanımızda olmamasına inanmağım gəlmirdi.O xatirələrdə nələr yoxdu, birlikdə dərsdən qaçaraq kompüter salonuna getmələri, dərsdən qaçdıqları üçün sinifdə bir il qalmaları.Dostlarından ayrı qalmasın deyə birlikdə restoranda çalışmaları, atasının maşınını qaçıraraq qəza törətmələri və sonra qorxudan evə getməyib, sabaha kimi gizlənmələri, Əhmədin tez-tez onlarda geceləmələri, sabaha qədər söhbət edərək, səhəri açmaları.Barışın atasının vəfatından Əmrənin necə kədərləndiyi, Səlimin onunla necə candan dost olduqları və söhbət əsnasında, “Şaban əmi, Əmrəni bizdən ayırıb, başqa məktəbə aparmaqla, mənim uşaqlığımı məndən aldın”deməsi, Osmanın gözlərini bir nöqtəyə dikərək, sanki Əmrəni görürmüş kimi səssiz duruşu, Alparslanın da Osman kimi səssizcə söhbəti dinləyib, sonra çox qısa danışması, Əmrə Dikbaşın hərbidə çalışmağa qərar verməsinə səbəb Əmrənin şəhid olması və daha nələr, nələr.Bütün o söhbətləri qismət olsa başqa bir layihədə sizlərə təqdim edəcəyəm.Onlar danışır, mən isə Əminə xanım və Şaban bəyi gizlicə müşahidə edirdim. Gənclər danışdıqca, onlar necə qürurla dinləyir, gah kövrəlir, gah da gülümsəyirdilər.Əmrənin yaxın dostu Beytullah Cürenin onunla bağlı xatirələrin oxuyandan sonra, onların hər birinin ruhunda bir Əmrə yaşadığına bir daha əmin oldum.Beytullahın xatirəsi belə başlayır: “Əmrə ilə ilk tanışlığımı xatırlayıram. On altı yaşındaydım. Əmrənin lisey dostlarından Mərd mənim məhəllə dostum idi. Bir gün Mərd ilə məhəllədə oturmaq üçün plan cızdıq. Mərd gələndə Əmrəylə gəldi. İlk tanışlığımız ordan başladı və şəhid olduğunda bitdi.Cismən bitdi.Demək olar ki, onunla dostluğa başladıqdan sonra, bəzi istisnalar xaric hər gün bir yerdəydik.Məktəbdən gəldikdən sonra, gecə yarısına qədər oturar, söhbət edər, kompyuterdə oyunlar oynar, ya da gəzərdik.Bir-birimizə o qədər bağlanmışdıq ki, hansı birimizsə şəhərdən kənara çıxsaydıq, çox darıxardıq.Dost çevrəmiz fərqli olsa da , onlarla görüşə də birlikdə gedərdik. Əmrəylə bağlı o qədər xatirəm var ki...Əmrənin şəhadətindən sonra çevrəmiz dağıldı. Hərə bir tərəfə getdi.Mən də yenidən İzmirə qayıtdıqdan sonra onun ölümünü qəbul edə bilmirdim. Əmrə əsgərlikdə olarkən, mən İzmiri gəzər, maraqlı, gəzməli yerləri çəkər, “Əmrə döndüyündə onu buraları gəzdirərəm. Buraları mütləq görməlidir” deyə xəyal edərdim.Bir müddət içimə qapandım. Axşamlar təkbaşına evdən çıxar, maşında təkbaşına oturar, onunla keçirdiyimiz günləri düşünərdim. Düşündükcə də, sanki ağlımı itirəcək hala gəlirdim.Onu gəzdirmək istədiyim yerlərə gedər, hönkür-hönkür ağlayaraq oraları gəzərdim.Səhər 06:00-ya qədər maşında oturub düşünərdim. Evdə yuxudan oyananda, əl-üzümü yuyarkən, 2-3 saniyə güzgüdə öz yerimə Əmrəni görürdüm. Bu vəziyyət 2 aya yaxın çəkdi.İlk zamanlar fərqinə varmadım, sonralar qorxmağa başladım. Anamın təkidi ilə psixoloqa getdim. Bir aydan sonra bu vəziyyət təktarlanmadı, bir ildən sonra da daha psixoloqa getmədim.”Beytullahın Əmrəylə bağlı yazdıqlarını gözyaşları içərisində oxudum. Sanki bir yazıçının yazdığı hekayəni oxuyurdum.Onun xatirələri də, növbəti layihəmdə yer alacaq. İzmitdə tez-tez Əmrənin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bəziləri dövlət və Qeyri Hökümət Təşkilatları tərəfindən, bəziləri də Şaban bəyin rəhbərlik etdiyi dərnək tərəfindən.Bu tədbirlərdən biri və unudulmazı Mersinin Mut qəsəbəsinin Dağ bazarı kəndində baş tutub.Kəndin məktəbində Əmrənin şərəfinə kitabxana açılıb.Şaban bəy deyir ki, kitabxananın açılışına gedərkən, əliboş getdik. Yəni məktəblilər üçün heç bir hədiyyə almadıq.Kəndin insanlarının kasıb, amma nə qədər qürurlu olduğunu gördükdə ürəyim dağa döndü. Birlikdə getdiyimiz yoldaşlarla dedik ki, kitabxananın açılışının ildönümündə mütləq məktəblilərə hədiyyələrlə gəlməliyik.Belə də etdik. Aldığımız ayaqqabıları, geyimləri,şirniyyatları payladıq.Geri döndükdən sonra məktəblilərdən birinin valideyni müəllimlərdən birinə mesaj yollayır. Mesaj da belə yazır: “Siz bu gün nə edtiyinizin fərqindəsinizmi?” Ardından da bir şəkil yollayır. Şəkildə uşaqlardan biri yeni ayaqqabılarını qucaqlayaraq yatıb.Bunu eşitdikdən sonra, öz-özümə dedim “gözəl Allahım, mənim övladım, yoxluğuyla belə insanları sevindirməyi bacarır.”Əmrənin oxuduğu məktəbin bir qrup şagirdi qısametrajlı film yarışmasında iştirak edirlər və qalib gəlirlər.Onlara pul mükafatı verilir. Uşaqlarda bu pulu şəhid ailəsinə verməyi qərara alırlar. Fikirlərini məktəbin direktoruna bildirirlər. O da, “məktəbimizin şagirdlərindən bir şəhidimiz var. Onun ailəsinə verək”deyir.Direktor Şaban bəyə zəng vurur, məsələni dedikdə, şəhidimizin atası “ belə şey ola bilməz, bizə yaraşmaz o pulu almaq.Məktəbin nə əyər-əskiyi varsa ona xərcləyin” deyir.Məktəbin direktoru sevincək halda “ Şaban bəy, məktəbimizin həyətində şagirdlərin istifadə edə biləcəyi çeşməmiz yoxdur. Havalar isinən kimi uşaqlar həyətdə oynadıqlarında, su olmadığı üçün əziyyət çəkirlər, Allah sizdən razı olsun.”Beləliklə, məktəbin həyətində Əmrənin adına bir bulaq salınır. Bu işdə İzmitin Körfəz bələdiyyəsi və bir iş adamı da dəstəklərini əsirgəmirlər.Şaban bəy deyir ki, “ hər bir şəhid valideyni geyiminə, yerişinə, duruşuna, danışığına diqqət etməlidir, çünki onlar şəhid valideynləridirlər. Onlar valideynlərini şəhidlikləri ilə şərəfləndirdikləri kimi, biz də onların adını əməllərimizlə, hərəkətlərimizlə ucaltmalıyıq.Biz şəhidimizi dəyərli etməliyik ki, başqaları da dəyər versin.Biz bütün şərtlərdə dövlətin, Vətənin yanında olmalıyıq. Övladlarımız bu Dövlətin, bu Vətənin yolunda şəhid oldular, canlarından keçdilər. Şəhidlərimiz canlarını, qazilərimiz bədənlərindən parçalar verdilər.Biz güclü olub, ayaqda möhkəm durmalıyıq ki, ŞƏHİDLƏRİMİZİN ruhu da hər zaman biz tərəfdən rahat olsun.”Bu yazdıqlarım Əmrənin 22 illik həyatının yarımçıq qalan hekayəsinin müəyyən bir hissəsidir.Arlıların evində Əminə xanım, Şaban bəy, Əmrənin bacıları Əlif və Hilalla söhbət edərkən bir şeyə daha da əmin oldum.Əmin oldum ki, şəhid anasının qəlbi bir başqa döyünür, gözlərihəsrətlə dolub hər gün oğlunun dönəcəyi yola dikilər.Əmin oldum ki, şəhid anası sadəcə, gülümsər, ürəkdən gülməz.Şəhid anasının nəfəsi övlad qoxuyar.Şəhid anasının bayramı övladı yuxusuna gəldiyi gün sayılar, başqa bayramı olmaz.Şəhid anası kimsədən heç nə gözləməz, şəhidinə diqqət, sevgi və hörmətdən başqa.Şəhid anası övladının tanınması üçün gecəsini gündüzə qatar.Əmin oldum ki, şəhid anası qapı hər çalındığında övladının gəldiyini düşünər. Şəhid anası telefon hər zəng çaldığında zəng edəni övladı zənn edər. Əmin oldum ki, şəhid atası nə qədər şax durmağa çalışsa da, övlad həsrətindən beli bükülməyə başlar.Şəhid atası övladı haqqında birnəfəsə danışar və doymaz.Əmin oldum ki, şəhid atası övladını onun dostlarının xatirələrində yenidən tapar. O xatirələrlə yuxuya gedər, o xatirələrlə nəfəs alar...Şəhid bacısının gözlərinin silinməz bir nisgilin ünvanı olduğuna əmin oldum.Əmin oldum ki, şəhid bacısı qardaşı haqqında yana-yana danışar.Şəhid bacısı qardaşıyla son görüşünə sarılaraq yaşayar.Əmin oldum ki, şəhid bacısının sadəcə dili danışar, qəlbi isə “qardaş, qardaş” deyə nalə çəkər.Şəhid bacısı gülər, amma ürəyi qan ağlar.Əmin oldum ki, toysuz şəhidin valideyni övladı üçün arzuladığı bəy otağını muzeyə çevirər. Övladının ətrini onun əşyalarından alar.Bəli, şəhid ailəsi olmaq şərəfli, qürurlu bir vəzifədir.Bu vəzifəni daşımaq, acını qəlbində kədər xoncası edərək yaşamaq deməkdir.Tərcümeyi halı:Əmrə Kaan Arlı 24 aprel 1993-cü ildə Samsunda doğulub.Ailənin ilk və son oğul övladıdır. 1999-cu ildə Körfəz Yeniyalı Fahri Korutürk ibtidai məktəbində ilk təhsilə başlayır.Orta məktəbi Yarımca və Uluğbəy orta məktəblərində davam edib. Orta təhsilini Dərincənin Mövlanə orta məktəbində bitirir.Orta məktəbdə oxuduğu dönəmdə anasının çox gərgin iş rejimi olduğu üçün iki il yarım yatılı Quran kursunda oxuyur.Körfəz Anadolu Texniki və Sənaye peşə liseyinin(Peşə və Texniki Anadolu liseyi) Elektrik-elektronika bölümündə bitirir.Universitet təhsilinə Kocaeli Universitetinin Hərəkə Peşə İnstitutunda Mexatronika bölümündə başlayır.Universiteti bitirmədən əsgər getmək üçün müraciət edir. Beləliklə, təhsilini donduraraq əsgəri xidmətə gedir.2015-ci ildə xidmət üçün Manisa Kırkağac təlim düşərgəsinə göndərilir. Ordan sonra isə Siirt- Şırvanda pulemyotçu kimi xidmətə başlayır. Vətən borcunu şərəflə yerinə yetirən Əmrə Kaan 2015-ci ilin 19 avqustunda Siirt Pərvaridə terrorçularin bombali basqını nəticəsində qəhrəmancasına şəhid olur.Şəhid Əmrə Kaan Arlının xatirəsinin əbədiləşdirilməsi yönündə bir çox işlər görülüb.Ata yurdu Samsunun Kavak qəsəbəsində bələdiyyə tərəfindən bir küçəyə Əmrənin adı verilib.Bundan başqa İzmitdə bir idman salonuna, Sağlam həyat mərkəzinin İzmitdəki şöbəsinə, Çayırova qəsəbəsində bir küçəyə, Mersində bir məktəbin kitabxanasına, Samsun Böyük Şəhər Bələdiyyəsi tərəfindən Kavak qəsəbəsinin Atayurd kəndində Sosial və Mədəniyyət mərkəzinə, İzmitin Yəhya Kaptan səmtində yerləşən bir Sevgi evinə, Siirt şəhərinin Şirvan qəsəbəsində bir bulağa Əmrənin adı verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta