AZ

Klubsuz qalan tanınmış hücumçu məcbur qaldı: “Bilirəm ki...”

“Fərdi şəkildə məşq edirəm ki, formada qalım.

Açığı, Premyer Liqa klublarından təklif gözləyirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında uzun illər elita təmsilçilərinin şərəfini qorumuş Amil Yunanov deyib.

Ötən mövsümün ilk yarısında “Səbail”in uğurları üçün tər tökən, qışdan sonra “Kəpəz”in formasını geyinən 31 yaşlı hücumçu hazırda klubsuzdur.

O, yenidən Premyer Liqada top qovmaqda həvəsli görünsə də, bu gedişlə karyerasını digər liqalarda davam etdirəcək:

“Futbol oynamaq istəyirəm. Bəzən ağlımdan karyeramı başa vurub məşqçiliyə başlamaq keçsə də, bilirəm ki, hansısa komandaya fayda verə biləcək gücdəyəm.

Hazırda I və II Liqa klublarından bir neçə təklif almışam. Premyer Liqa variantı alınmasa, yəqin ki, aşağı liqalarda mübarizə aparan klublardan biri ilə anlaşacağam. Yaxın günlərdə bilinəcək”.

2011-ci ildən Premyer Liqada çıxış edən Yunanov elitada meydana çıxdığı 200 oyunda 52 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
sportinfo.az

1Mənbələr