AZ

Ermənistanda Şirak administrasiyasının əməkdaşı və Gümrüdə məktəb direktoru həbs edildi

Ermənistanda Şirak vilayət administrasiyasının əməkdaşı və Gümrüdəki məktəblərdən birinin direktoru həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə News.am-a Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat verib.

Həmin məktəbin direktor müavini də saxlanılıb. Onların hamısı rüşvətxorluqda şübhəli bilinir.
Şirakda isə həbs edilən administrasiyanın təhsil şöbəsinin rəhbəri Qrayr Karapetyandır.

Bu ilin martında məlum olub ki, korrupsiya cinayəti işi çərçivəsində 4 nəfər, o cümlədən Şirak rayon administrasiyasının iki əməkdaşı saxlanılıb. “Sputnik Ermənistan” yazır ki, saxlanılanlar arasında şəhərsalma şöbəsinin müdiri Xaçatur Xndzrtsyan və həmin idarənin əməkdaşı da olub.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
konkret.az

1Mənbələr