AZ

Tehran İsrailin Suriyada iranlı zabitləri ələ keçirməsini inkar etdi

Suriyada iranlı zabitlərin İsrail hərbçiləri tərəfindən əsir götürülməsi xəbərləri yalandır.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı İranın Tasnim agentliyi yayıb.

Xatırladaq ki, Suriya televiziyası iranlı zabitləri qaçırmaq üçün İsrail ordusunun gizli quru əməliyyatı keçirdiyini bildirib.
Qeyd edilib ki, yüksək rütbəli iranlı zabitlərin də olduğu Masyafdakı kimyəvi silah tədqiqat mərkəzinə hücum edilib. Hava zərbələrindən sonra İsrail helikopterləri desantları yerə endirib, onlar ildırım sürətilə əməliyyat keçiriblər. Əməliyyat zamanı 4-ə yaxın iranlı zabit əsir götürülərək naməlum istiqamətə aparılıb.
Ancaq əsir götürülən zabitlərin dəqiq sayı hələ açıqlanmır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
72
konkret.az

1Mənbələr