AZ

İspaniya bunun üçün 40 milyon avro ayıracaq

İspaniya hakimiyyəti velosipedləri ictimai nəqliyyat kimi tanıtmağı planlaşdırır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniyanin baş naziri Pedro Sançes çıxışı zamanı deyib.

O bildirib ki, şəhər ətrafında hərəkət etmək üçün elektrikli velosipedlərdən istifadəni təşviq etmək üçün 40 milyon avro ayırmağı planlaşdırırlar. Bu məbləğin yarısı velosiped icarəsi sisteminə genişləndiriləcək. Qalan vəsait vətəndaşlar və şirkətlər tərəfindən avadanlıqların alınmasına dəstək proqramı üçün istifadə olunacaq.

"Velosipedlər ispanların 35 faizi tərəfindən dəstəklənən ən sağlam, ən səmərəli və davamlı nəqliyyat növlərindən biridir" - Sanchez deyib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
teleqraf.com

1Mənbələr