AZ

Populyar oyunda qazanılan kriptovalyuta birjada satışa çıxacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance" Hamster Kombat oyununun HMSTR tokeninin siyahısını açıqlayıb.
Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, sentyabrın 26-dan etibarən Hamster Kombat kriptovalyutası ilə birja ticarəti başlayacaq.
Qeyd edək ki, bu rəqəmsal pulu oyunu oynayarkən və ekrana tıklamaqla qazanmaq mümkündür.
Xatırladaq ki, Hamster Kombat "Telegram"da "kliklər" kateqoriyasına aid mini proqram şəklində bir oyundur. Burada şəkil olan düyməni basmaqla oyundaxili sikkələr qazanmaq olar. Bonuslar da mövcuddur və bunları "YouTube"da oyun videolarına baxaraq və yeni istifadəçilər cəlb etməklə əldə etmək mümkündür.
Tərtibatçılar deyirlər ki, avqustun əvvəlində proqram istifadəçilərinin sayı 300 milyonu keçib və oyunun "Telegram" kanalında 52 milyondan çox abunəçi var.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
oxu.az

1Mənbələr