AZ

Stoltenberq əsas uğursuzluqlarını NATO-nun baş katibi kimi göstərib

NATO-nun istefaya göndərilən baş katibi Yens Stoltenberq vəzifəsində əsas uğursuzluqlarını və nailiyyətlərini qeyd edib. 

32gun.az bildirir ki, o bu barədə CNN telekanalına müsahibəsində danışıb. 

Stoltenberqin sözlərinə görə, Ukraynadakı münaqişə və qoşunların Əfqanıstandan çıxarılması baş katib kimi onun üçün uğursuzluqdur. O, əsas nailiyyəti kimi “NATO-nun kollektiv müdafiəsini gücləndirməyi” adlandırıb. “Dünya 10 il ərzində daha təhlükəli hala gəldi, lakin NATO daha da gücləndi”, - Stoltenberq yekunlaşdırıb.

Stoltenberqin istefasından sonra Hollandiyanın keçmiş baş naziri Mark Rutte NATO-nun baş katibi olacaq . O, oktyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq . Həmin gün rəsmi təhvil-təslim mərasimi keçiriləcək.

Daha əvvəl Politico xəbər verib ki, Stoltenberq istefasından sonra Münhen Təhlükəsizlik Konfransının sədri olacaq, onun təyinatı 2025-ci ilin fevralında gözlənilir.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
32gun.az

1Mənbələr