AZ

Blinken Varşavada etirazla üzləşdi

ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynadan sonra danışıqlar aparmaq üçün Polşanın paytaxtı Varşavaya gedib. Metbuat.az xəbər verir ki, Blinken Polşa prezidenti Anjey Duda və baş nazir Donald Tusk ilə görüşüb, daha sonra Polşa xarici işlər naziri Radoslav Sikorski ilə mətbuat konfransı keçirib. O bildirib ki, ABŞ bundan sonra da Ukraynaya dəstək verəcək. Blinkenin səfəri qalmaqalsız ötüşməyib.

Varşavada bir qrup polyak ABŞ dövlət katibi Entoni Blinkenə etiraz edib. Etirazçılar Blinkeni soyqırımı dəstəkləməkdə günahlandırıb və “Azad Fələstin” şüarları səsləndiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
metbuat.az

1Mənbələr