İranın Sistan və Bəluçestan əyalətində sərhədçilər güllələnərək öldürülüb.
"Unikal" xəbər verir ki, hadisə əyalətin Mircavə şəhərində sərhədçilər yanacaqdoldurma məntəqəsində benzin alarkən baş verib.
Naməlum silahlılar avtomobildə olan sərhədçiləri güllələyib. 3 sərhədçi ölüb.
İranın rəsmi mediası bunun terror hadisəsi olduğunu bildirir.