AZ

Tramp Harrislə debatdan imtina etdi

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.

"Bir boksçu döyüşdə uduzanda ağzından çıxan ilk sözlər: "Mən yenidən döyüş istəyirəm". Rəy sorğuları aydındır ki, mən çərşənbə axşamı gecəsi solçu Demokrat namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim, dərhal ikinci debat tələb etdi. O, "Fox" telekanalında debata gəlmədi və NBC və CBS-də görünməkdən imtina etdi. Kamala son dörd ildə nə etməli olduğuna diqqət yetirməlidir. Üçüncü debat olmayacaq”, - Tramp bildirib.

Qeyd edək ki, sentyabrın 10-da Filadelfiyada (Pensilvaniya) ABŞ prezidentliyinə namizədlərin teledebatı keçirilib. Tramp Harrisin debatda məğlub olduğunu iddia edir. "Reuters" və "Ipsos"un birgə keçirdiyi sorğunun nəticələri göstərir ki, vitse-prezident seçki yarışında seçici dəstəyinə görə rəqibini qabaqlayır.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
redaktor.az

10Mənbələr