AZ

İran rəsmisi: "Məsud Pezeşkian Rusiya ilə bağlı siyasətini dəyişmək niyyətində deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İranın yeni Prezidenti Məsud Pezeşkian respublikanın əvvəlki başçısı İbrahim Rəisinin dövründə formalaşmış Rusiyaya dair yanaşmanı dəyişmək niyyətində deyil".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədian Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
"Cənab Pezeşkian əvvəlki prezidentin dövründə formalaşmış Rusiyaya yanaşmanı dəyişmək niyyətində deyil. Mən onunla bir neçə dəfə danışmışam, o, münasibətləri qorumaq və daha da inkişaf etdirmək istiqamətində köklənib" , - deyə Əhmədian əmin edib.
Təhlükəsizlik Şurasının sədri həmçinin iranlı həmkarının və İranın ali dini lideri Ayətullah Əli Xameneinin də Rusiya dövlət başçısına salamlarını və xoş arzularını çatdırdığını bildirib.
Xatırladaq ki, sentyabrın 7-də İranın Rusiyadakı səfiri Kazem Cəlali İran Prezidenti Məsud Pezeşkianın oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini və orada onun Putinlə görüşünün planlaşdırıldığını bildirmişdi.
Seçilən
217
50
oxu.az

10Mənbələr