Bakı, TurkicWorld
Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Braziliyada keçirilən G20 Kənd Təsərrüfatı Nazirləri Toplantısında "davamlılıq və ərzaq təhlükəsizliyi" mövzusunda çıxış edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi yazılı açıqlama verib.
12-14 sentyabr tarixlərində Braziliyada keçirilən G20 Kənd Təsərrüfatı Nazirləri Toplantısının ilk günündə davamlı kənd təsərrüfatı və qida sistemləri üzrə işçi qrupun tövsiyələri G20-nin kənd təsərrüfatı nazirlərinə təqdim olunacaq.
Tropik kənd təsərrüfatında qida sistemləri və aşağı karbonlu kənd təsərrüfatı üçün tədqiqat, təhsil və strategiyalar, davamlı kənd təsərrüfatı təcrübələrinin təşviqi, qida tullantılarının azaldılması və qida istehsalı və istehlakının ətraf mühitə təsirlərinin azaldılması məsələləri müzakirə olunacaq.
Daha sonra keçiriləcək "Kənd Təsərrüfatı Nazirlərinin 1-ci İclasında" nazir Yumaklı kənd təsərrüfatı və qida sistemlərinin müxtəlif üsullarla davamlılığı və beynəlxalq ticarətin qida təhlükəsizliyi və qidalanmaya töhfəsinin artırılması mövzusunda çıxış edəcək.
İkinci gün keçiriləcək “Kənd Təsərrüfatı Nazirlərinin 2-ci İclasında” Yumaklı çıxışında davamlı və inklüziv kənd təsərrüfatı və qida sistemlərində ailə fermerlərinin və kiçik fermerlərin fundamental rolunun artırılması mövzularına və davamlı balıqçılıq və akvakulturanın yerli və qlobal dəyər zəncirlərinə inteqrasiyasını təşviq edəcək.
Hafiz Rufizoğlu