AZ

Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar

Azərbaycan

Bakı, 13 sentyabr, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, hesabat turunda Azərbaycanın kişilərdən ibarət yığması Finlandiyanı məğlub edib 3,5-0,5. Aydın Süleymanlı heç-heçə oynayıb. Nicat Məmmədov, Rauf Məmmədov və Məhəmməd Muradlı partiyanı qələbə ilə başa vurublar.

Qadınlardan ibarət Azərbaycan millisi isə Avstraliyanı üstələyib 3-1. Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub ediblər. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova heç-heçəylə kifayətləniblər.

İki turdan sonra komandalarımız 4 xalla liderlər qrupunda yer alıb.

Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
azertag.az

5Mənbələr