AZ

"Ukrayna səmasında daha çox "F-16"-lar olacaq"

Ukraynanın müdafiə naziri Rustem Umerov sentyabrın 12-də Rumıniyanın müdafiə naziri Anxel Tilvar ilə səmərəli telefon danışığı olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o bununla bağlı Facebook-da yazıb.

Umerovun sözlərinə görə, söhbətin əsas mövzusu Ukrayna səmasının Rusiya raket və dronlarından mühafizəsinin gücləndirilməsi olub.

...Ukrayna tezliklə rumıniyalı tərəfdaşlarından yeni "Patriot" hava hücumundan müdafiə sistemi alacaq.

Bunu ukraynalı nazir yazıb.

...Ukrayna səmasında daha çox “F-16”-lar da olacaq: bir qrup pilotumuz artıq Rumıniyada təlim keçir.

...Və Rumıniya Müdafiə Nazirliyi bildirib ki, Tilvar Umerovla söhbətində Rumıniyanın ukraynalı pilotların Fetestidəki “F-16” Avropa Təlim Mərkəzində praktiki təlimlərə başlaması üçün şərait yaratmağa hazır olduğunu təsdiqləyib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
sia.az

1Mənbələr