AZ

Vens Trapmın Ukrayna sülh planının detallarını açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Cey Di Vens partiyanın əsas posta namizədi Donald Trampın Ukraynadakı müharibəni bitirmək planından danışıb.
Oxu.Az xəbər verir ki, Vens bu barədə Şon Rayanın şousunda məlumat verib.
O bildirib ki, böyük ehtimalla Rusiya ilə Ukrayna arasında mövcud demarkasiya xətti indiki cəbhə xəttilə eyni olacaq. Ərazi silahsızlaşdırılmış zona kimi qalacaq və Rusiya ordusunun yeni hücumlarının qarşısını almaq üçün bu zona möhkəmləndiriləcək.
Ukrayna öz müstəqil suverenliyini qoruyub saxlayacaq, Rusiya isə Ukraynadan neytrallıq zəmanəti alacaq və Kiyev NATO-ya və digər müttəfiq qurumlara qoşulmayacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
2
oxu.az

3Mənbələr