AZ

Həmişə səbirli olun!

Tədqiqatlar göstərir ki, səbirli bir insan olmaq psixi sağlamlığımızı qorumağa, başqaları ilə əlaqələrimizi gücləndirməyə və hətta hədəflərimizə çatmağımıza kömək edə bilər.

“Qafqazinfo” tədiqiqatların nəticələrindən bəzilərini təqdim edir:

Çətin anlarda və ya situasiyalarda səbirli olmağı seçənlərin özləri ilə münasibəti daha yaxşı olur. Səbirli olmağı bacaran insanlar ümumiyyətlə məntiqli qərarlar verir və daha yaxşı münasibətlər qurur. Biz daim nələrisə tez etməyə və ya qısa müddətdə qazanmağa çalışırıq. Bütün bunlar fərqində olmadan bizi səbirsizləşdirir.

Səbirli insan məyusluq çətinlik və ya mübahisə qarşısında sakitcə gözləyə bilər. Lakin uşaqlara, ailə üzvlərinə, iş yoldaşlarına, ərzaq mağazasında və ya ictimai nəqliyyatda yaşanan narazılıqlara göstərilən səbrsizlik gün ərzində daim narahatlıqlar yarada bilir. 2007-ci ildə aparılan tədqiqata görə, səbrli insanlar daha az depressiya və neqativ emosiyalar yaşamağa meyllidirlər, ola bilsin ki, onlar narahat və ya stresli vəziyyətlərin öhdəsindən daha yaxşı gəlirlər. Həm də özlərini daha yüksək qiymətləndirir və daha çox minnətdarlıq hissi duyurlar.

Başqaları ilə münasibətlərdə səbir xeyirxahlığa çevrilir. Həqiqətən, araşdırmalar göstərir ki, səbirli insanlar daha ədalətli və daha bağışlayan olurlar. Səbirli olmaq ətrafımızdakı insanların əzablarını dinləməyə və yüngülləşdirməyə də imkan verə bilər. Səbir insanlara başqalarının mənfi xasiyyətlərinə, qüsurlarına dözmək imkanı verir ki, onlar daha çox səxavət, mərhəmət nümayiş etdirə bilsinlər.

Müvəffəqiyyətə gedən yol uzun bir yoldur və səbirsiz olanlar, dərhal nəticələri görmək istəyənlər bu yolu getmək istəməyə bilərlər. Xüsusilə, səbirli olanlar məqsədlərinə doğru daha çox irəliləyiş əldə edirlər və məqsədlərinə çatdıqda məmnunluq və xoşbəxtlik hissi yaşayırlar.

Bəzi sübutlar səbrin sağlamlıq üçün də faydalı ola biləcəyini göstərir. Tədqiqatlar səbirli insanların baş ağrıları, sızanaqların çıxması, ishal və pnevmoniya kimi sağlamlıq problemlərinə daha az məruz qaldığını göstərir.

Digər araşdırmalara görə isə, səbirsizlik və əsəbilik nümayiş etdirən insanlar daha çox sağlamlıq şikayətləri və daha pis yuxuya meyllidirlər. Səbir gündəlik stressimizi azalda, çətinliklər qarşısında sakit qalmağa kömək edə bilər.

Bununla belə, səbirli olmaq və ya səbirli olmağı öyrənmək əslində həyatınızda bir çox mənfiliklərin qarşısını almağa kömək edəcək gücə çevrilir.

Səbirsizliyin bizdə yaratdığı mənfi reaksiyalar:

- Yanlış mühakimə
- Məntiqsiz qərarlar
- Narahatlıq hissi
- Ətrafdakı insanlarla sərt münasibət
- Lazımsız stress

Seçilən
122
1
qafqazinfo.az

2Mənbələr