AZ

Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmosa çıxıblar

Astronavtika sahəsində tarixi hadisə baş verib - mülki şəxslər ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 700 kilometr yüksəklikdə Yer orbitində “Polaris Down” missiyası zamanı baş verib.

"SpaceX"in Crew Dragon” gəmisində “Polaris Dawn” kommersiya missiyası zamanı komandir Cared Ayzekman və missiya mütəxəssisi Sara Gillisin təmsil etdiyi ekipaj üzvləri açıq kosmosa çıxışı uğurla həyata keçiriblər.

Bundan əvvəl yalnız peşəkar astronavtların etdiyini bu dəfə tanınmış milyarder, sahibkar Cared Ayzekman edib və o xüsusi kostyumlardan geyinərək gəmidən kənara çıxıb.

Daha sonra "SpeceX"in əməkdaşı Sara Gillis də açıq kosmis məkana yollanıb. 

Gəmidənkənar fəaliyyət - astronavtlar açıq kosmosa çıxışı sahənin ən çətin manevrlərindən biri sayılır, bunu özəl şirkətlərdən biri olan Sapex-in həyata keçirməsi kosmos səyahətləri tarixində atılan mühüm addım kimi qiymətləndirilir. 

Seçilən
60
12
operativmm.az

10Mənbələr