AZ

Yaponiyanın baş naziri ABŞ-a səfər edəcək

Yaponiyanın baş naziri Fumio Kişida Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) sammitində iştirak etmək üçün sentyabrın 21-də ABŞ-a səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir kİ, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi məlumat verib.

“Sentyabrın 21-dən etibarən şərait imkan verərsə, Kişida ABŞ-a səfər edəcək və Delaver ştatının Vilmington şəhərində Yaponiya-ABŞ-Avstraliya-Hindistan sammiti keçirəcək”, - deyə o, tərəflərin gələcək əməkdaşlığı müzakirə edəcəklərini qeyd edib.

Hayaşi əlavə edib ki, Yaponiyanın baş naziri BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka da gedəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
operativmm.az

1Mənbələr