Ukrayna və Yaxın Şərqdəki vəziyyətləri həll etmək üçün ikili standartlar və geosiyasi maraqların güdülməsi istisna edilməlidir.
APA xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəhbəri Dun Tsyun 11-ci Syanşan Beynəlxalq Təhlükəsizlik Forumunun açılış mərasimində deyib.
“Sülh danışıqlarının və siyasi həllin asanlaşdırılması yeganə əsas həll yoludur”, - nazir qeyd edib.